Koronavirusdan ölənlərin sayı artır

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2870-ə çatıb.
ONN media xəbər verir ki, bu barədə Çin hökumətindən məlumat verilib.
Məlumata görə, 41.8 min nəfər artıq sağalıb, koronavirusa yoluxanların ümumi sayı isə 79.8 min nəfərdir.
Virusa yoluxanların sayına görə ilk yeri Hubey əyaləti tutur. Son məlumatlara əsasən, bu əyalətdə 2761 nəfər ölüb.