Koronavirus təhlükəsinə görə sərnişinlər metrodan imtina edir
Tehranda koronavirusun sürətlə yayılması səbəbiylə sərnişinlər ictimai nəqliyyat vasitələrindən imtina edir.
ONN media xəbər verir ki, paytaxt metrosundan istifadə 70 faiz azalıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, buna baxmayaraq qatarların hərəkət sxemində heç bir dəyişiklik yoxdur.
Məlumata görə, sakinlər əsasən taksilərdən və tanıdıqları şəxslərin nəqliyyat vasitələrindən istifadəyə üstünlük verir.
