Yunan əsgəri Türkiyədən gedən miqrantı öldürdü

Avropaya getmək üçün Türkiyəni tərk edən suriyalı miqrantlardan biri yunan əsgərlərinin atəş açması nəticəsində həlak olub. ONN media xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, Yunanıstana keçmək istəyən Əhməd Əbu Əməd adlı miqrant kürəyindən vurularaq öldürülüb. O, daha sonra Türkiyəyə gətirilib və morqa yerləşdirilib. Qeyd edək ki, rəsmi Ankara bir neçə gün öncə miqrantlar üçün Avropaya sərhədləri açıb. Qısa zamanda Avropaya üz tutan miqrantların sayı 100 mini keçib.