Mingəçevirdə yataqxananın tavanı çökdü

Mingəçevirdə yataqxananın tavanı çökdü

Mingəçevir şəhərində yataqxanada uçqun hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti 82\1 ünvanında yerləşən beşmərtəbəli yataqxanada qeydə alınıb. Yataqxana binasının tavanı uçub.

Mingəçevir şəhər İcra Hakimiyyətindən faktı təstiqləyiblər.İcra Hakimiyyətindən Trend-ə bildirib ki, adıçəkilən yataqxananın tavanının təxminən bir kvadratmetrlik hissəsi qopub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Problemin aradan qaldırılması üçün iş aparılır.

Geri qayıt