Sumqayıtda ikimərtəbəli ev yandı

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, içərisindəki əşyalar 70 m² sahədə və dam örtüyü yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən ONN media -ya məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.