Qusarda itkin düşən üç yaşlı uşaqdan xəbər var

Qusarda itkin düşən üç yaşlı uşaqdan xəbər var


Qusarda itkin düşən azyaşlı tapılıb.
ONN media xəbər verir ki, Quba rayonu Xucbala kənd sakini S.Seyidova bu gün günorta saatlarında Qusar Rayon Polis Şöbəsinə müraciət edərək, rayon ərazisində yerləşən parkların birində iki azyaşlı övladı ilə istirahət edərkən qızı, 2017-ci il təvəllüdlü Mələyin itkin düşdüyünü bildirib. Müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilmiş tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Geri qayıt