Gəncədə yaşlı qadına qarşı DƏHŞƏTLİ CİNAYƏT
Gəncədə döyülmə hadisəsi baş verib. ONN media bildirir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər. Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
