Azərbaycanda koronavirusa görə karantində olanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirusa görə karantində olanların sayı AÇIQLANDI

"Hazırda 500 nəfər karantində müşahidə altındadır. Onlardan diaqnostika üçün nümunələr götürülüb". ONN media  xəbər verir ki, bu fikirləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqdə deyib. "Heç kimdə xəstəlik aşkar olunmayıb. Lakin 14 gün karantində qalacaqlar. Onların böyük qismi Azərbaycan vətəndaşıdır".

Geri qayıt