MM ilk olaraq nələri müzakirə edəcək? - Açıqlama

MM ilk olaraq nələri müzakirə edəcək? - Açıqlama

Əvvəllər də Milli Məclisin üzvü olan və yeni seçilən millət vəkillərini təbrik edirəm. Onlara möhkəm cansağlığı və uğurlar arzulayıram. ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. S.Mirzəyev VI çağırış Milli Məclisin daha produktiv işləyəcəyinə və yeni, yaxşı qanunlar qəbul edəcəyinə inandığını bildirib: “Beşinci çağırışdan bir çox sənədlər qalıb. Yəqin ki, ilk növbədə onları müzakirəyə çıxaracağıq. Qanunvericilik təşəbbüsü subyektlərindən yeni qanun layihələrinin gələcəyini gözləyirik. Ölkədə aparılan iqtisadi, sosial isalahatlarla əlaqədar yeni qanunlar və mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”. S.Mirzəyev yaz sessiyasının vaxtının uzadılmayacağını vurğulayıb: “Bilirsiniz ki, qanunla müəyən edilib ki, yaz sessiyasi mayın 31-də başa çatır. Ancaq təcrübədə var ki, qanunlar qalıbsa, növbədənkənar sessiya çağırırıq. Biz hər il bu praktikadan istifadə ediirk”.

Geri qayıt