Ərdoğandan Suriya münaqişəsi ilə bağlı Avropaya xəbərdarlıq

Ərdoğandan Suriya münaqişəsi ilə bağlı Avropaya xəbərdarlıq

“Heç bir Avropa ölkəsi Suriya münaqişəsinə biganə qala bilməz”. ONN media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, NATO ölkələri Ankara ilə müttəfiq olduğunu qəti addımlarla göstərməlidir. Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyadan gələn təhdidlərlə mübarizə aparan, İŞİD terrorçuları ilə ilə üz-üzə döyüşərək şəhidlər verən tək NATO ölkəsidir.

Geri qayıt