MM-in komitə sədrləri məlum oldu - Tam siyahı

Bu gün Milli Məclisin keçirilən ilk iclasında komitə sədrlərinin adları məlum olub. ONN media siyahını təqdim edir: 1) Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova 2) Regional məsələlər komitəsi – Siyavuş Hüseynov 3) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Tahir Mirkişili 4) Əmək və sosial siyasət komitəsi – Musa Quliyev 5) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov 6) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov 7) Səhiyyə komitəsi – Əhliman Əmiraslanov 8) Mədəniyyət komitəsi - Qənirə Paşayeva 9) Gənclər və idman komitəsi - Adil Əliyev 10) Elm və təhsil komitəsi - Bəxtiyar Əliyev 11) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Əli Hüseynli 12) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Ziyafət Əsgərov 13) İctimai birliklər və dini qurumlar komitəsi - Fəzail İbrahimli 14) İnsan hüquqları komitəsi – Zahid Oruc 15) Aqrar siyasət komitəsi - Tahir Rzayev