Qazaxda 85 yaşlı sürücü 3 nəfəri vurdu — ÖLƏN VAR

Qazaxda 85 yaşlı sürücü 3 nəfəri vurdu — ÖLƏN VAR


Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.
ONN media xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Geri qayıt