Qardaş ölkədə də məktəb və universitetlər bağlanır

Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məktəblər müvəqqəti bağlanacaq. ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın açıqlama verib. Onun sözlərinə görə, martın 16-dən etibarən məktəblərdə bir həftə dərs olmayacaq. Universitetlərdə isə tətilin müddəti 3 həftə nəzərdə tutulub.