Türkiyə daha bir əməliyyata başladı: Qapan-8

Türkiyə terrora qarşı daha bir əməliyyata başlayıb. ONN media xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. “Qapan-8 Ağrı dağı-Çemçə-Madur” adlanan əməliyyata 1012 təhlükəsizlik əməkdaşı qatılıb. Əməliyyatın hədəfi Ağrı, Qars və İqdırdakı Ağrı dağı-Çemçə-Madur bölgəsində fəaliyyət göstərən terrorçuların zərərsizləşdirilməsidir.