Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırıb. ONN media xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir. Açıqlamaya görə, bu addım koronavirusun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.