Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.
ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.