Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün xəzinə hesabı açıldı

Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli sərəncamına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilib. ONN media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Maliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsində 2028503 nömrəli xəzinə hesab kitabı açılıb.
Açılmış xəzinə hesab kitabının rekvizitləri aşağıdakı kimidir: Benefisiar (alan) bank Adı: Dövlət Xəzinədarlığı Agentliyi Kodu: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ41NABZ01360100000000003944 SWIFT BİK: CTREAZ22 Vəsaiti alan Adı: Koronavirusla Mübarizəyə Dəstək Fondu Hesab №: AZ80CTRE00000000000002028503 VÖEN: 1700357381 Büdcə səviyyəsinin kodu: 7 Büdcə təsnifatının kodu: 142330