Gürcüstan fövqəladə rejim tətbiq edir

Gürcüstan fövqəladə rejim tətbiq edir

Gürcüstan hökuməti koronavirus səbəbindən ölkədə bir aylıq fövqəladə rejim elan edib. ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya deyib. “Gürcüstan prezidentini 1 aylıq fövqəladə vəziyyəti qəbul etməyə çağırırıq”, - Qaxariya bildirib. Qeyd edək ki, qərarın qüvvəyə minməsi üçün Gürcüstan Prezidenti Salome Zurabişvilinin hökumətin qərarını təsdiq etməsi lazımdır.

Geri qayıt