İranda məhbuslar qiyam qaldırdı: ölən və yaralanan var

İranda məhbuslar qiyam qaldırdı: ölən və yaralanan var

İranın Loristan əyalətinin Əligudərz şəhər həbsxanasından kütləvi şəkildə qaçmaq istəyən məhkumlar qiyam qaldırıblar. ONN media xəbər verir ki, qiyam zamanı məhbuslarla həbsxana gözətçiləri və polislər arasında qarşıdurma yaşanıb. Hadisə nəticəsində bir məhkumun öldüyü, birinin isə yaralandığı deyilir. Rəsmilər heç bir məhbusun qaçmağa müvəffəq olmadığını iddia ediblər. Qeyd edək ki, martın 19-da da Loristanın Xürrəmabad bölgəsində yerləşən Parsillon həbsxanasında baş verən oxşar hadisədə 1 məhkum ölüb, 1-i yaralanıb. 23 məhbus isə cəzaçəkmə müəssisəsindən qaçıb.

Geri qayıt