Abşeronda zəncirvari qəza baş verdi

Abşeronda zəncirvari qəza baş verib.
ONN media xəbər verir ki, hadisə Bakı Mühəndislik Universitetinin yaxınlığında qeydə alınıb.Üç avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyev Heydər Mətləb oğlu xəsarət alıb.
O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı H.Əliyevə döş qəfəsinin küt travması diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.