Küçəyə çıxmaq qadağan edildi

Hindistanda koronavirusa görə 21 gün küçəyə çıxmaq qadağan edilib. ONN media xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi deyib. Ölkədə fövqəladə vəziyyət elan edildiyini bildirən baş nazir qeyd edib ki, qadağa bu gün saat 00.00-dan qüvvəyə minəcək və 3 həftə davam edəcək. Qeyd edək ki, Hindistanda 519 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb, 40 nəfər isə sağalaraq evə buraxılıb.