Paşayeva təklif etdi, MM ayağa qalxdı

Cənab Prezident "Yeni klinika" tibb müəssisəsinin açılışında ölkəmizdəki fədakar tibb işçilərini alqışladı. ONN media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O təklif edib ki, Mİlli Məclis də Prezidentin addımına dəstək verərək, tibb işçilərini alqışlasın. Deputatlar Q.Paşayevanın təklifinə qoşularaq, Azərbaycan həkimlərini ayaq üstə alqışlayıblar.