ABŞ COVID-19-u bu dərmanlarla müalicə edəcək

ABŞ COVID-19-u bu dərmanlarla müalicə edəcək


ABŞ COVID-19-un müalicəsində iki dərmandan istifadə edəcək.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, bunlar hidroksiklorokin və xlorokindir. Malyariya xəstəliyinin müalicəsində istifadə edilən bu dərmanların koronavirus xəstələri üçün də tətbiq edilməsinə ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) artıq icazə verib.
Xatırladaq ki, bu dərmanları ilk dəfə Fransa koronavirus xəstələrinin müalicəsində istifadə etməyə başlayıb.
Geri qayıt