Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?

Koronavirus infeksiyasından sağalmış 12 nəfərdən 3-ü xəstəliyə qədər bacardıqları fiziki hərəkətləri yerinə yetirmək gücündə olmur. ONN media bildirir ki, bunu Honq Konqda Şahzadə Marqarita xəstəxanasının infeksiya mərkəzinin direktoru, doktor Ouen Tsanq Tak-İn deyib. Qeyd olunub ki, bu, koronavirusdan sağalan xəstələr üzərində aparılan müşahidələr nəticəsində müəyyən edilib. Müşahidələrə əsasən COVID-19 infeksiyasından sağalanlar ağciyərlərin azalan funksionallığından əziyyət çəkir və gəzinti zamanı boğulma hiss edir. Bununla belə, ağciyərlərin zədələnməsi ilə bağlı uzunmüddətli effektlər müşahidə olunmayıb. COVID-19-dan sağalan xəstələr ağciyərlərin bərpası üçün onlara tövsiyə edilən üzgüçülük çalışmaları zamanı ciddi narahatlıq hiss etməyib.(modern.az)

Geri qayıt