Diqqət- Apteklər yeni iş qrafikinə keçdi

Diqqət- Apteklər yeni iş qrafikinə keçdi

Bu gündən etibarən dərman şirkətləri və depoları aptekləri həftədə üç dəfə mal ilə təmin edəcəklər.

ONN media xəbər verir ki, hər gün apteklərə dərman verən şirkətlər artıq bu qrafiklə işləməyə başlayıblar. Buna səbəb həmin şirkətlərin karantinə görə işçilərinin bir qismini məzuniyyətə göndərməsidir.

Hazırkı iş qrafikinin nə qədər davam edəcəyi məlum deyil.

Geri qayıt