"İgid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq" - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. ONN media həmin paylaşımı təqdim edir: "Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!".