Putindən iqtisadi vəziyyətlə bağlı gözlənilməz etiraf

Rusiya prezidenti Vladimir Putin ölkənin iqtisadi vəziyyətini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. ONN media xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda Putin iqtisadi vəziyyətin ağır olduğunu etiraf edib. Kreml rəhbəri federal və yerli idarələri əlaqəli şəkildə işləməyə çağırıb. Putin həmçinin karantin şərtlərinə əməl etməyənlərin cəzalandırılacağını diqqətə çatdırıb.