Bakıda körpüdə zəncirvari qəza olub

Bakıda yol qəzası tıxaca səbəb olub.
Bakı Nəqliyyat Agentliyindən ONN media-ya verilən məlumata görə, hadisə bu gün səhər Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.
Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.