İlham Əliyev həbsdə olan generalı da əfv etdi

İlham Əliyev həbsdə olan generalı da əfv etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov əfv edilib. Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda S.Qurbanovun da adı var. Qeyd edək ki, S.Qurbanov 2015-ci ildə həbs olunmuş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilmişdi.

Geri qayıt