Koronaya qarşı virus tapıldı

Koronaya qarşı virus tapıldı

Amerikalı alimlər laboratoriya şəraitində yeni tip koronavirus əleyhinə peyvənd kimi istifadə edilə bilən virus hazırlayıblar.

ONN media xəbər verir ki, mütəxəssislər itlərdə olan, lakin insanlara zərəri olmayan təbii parainfluenza 5 (PIV 5) əsasında bu infeksiyaya yoluxan hüceyrələrə koronavirusun tikanlarına oxşayan S-qlikoprotein ifraz edən gen əlavə edərək dəyişdirilmiş virus yaradıblar.

İndiyə kimi testlər MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARS-CoV-2-də də effektiv olacağını düşünürlər.

Amerikal həkim Paul Makkari hesab edir ki, koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir.

Geri qayıt