Bakıda polis faciəvi şəkildə öldü

Bakıda polis faciəvi şəkildə öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. ONN media bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük maşını ilə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı avtomobil toqquşub. Nəticədə, R.Cəfərov hadisə yerində vəfat edib. Qeyd edək ki, o, Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşıdır.

Geri qayıt