91 nəfər ikinci dəfə koronavirusa yoluxdu - ÜZÜCÜ XƏBƏR
Koronavirusdan müalicə alıb evlərinə buraxılan 91 nəfərdə yenidən infeksiya aşkarlanıb. ONN media xəbər verir ki, bu barədə Cənubi Koreya Xəstəliklərə Nəzarət və Profilaktika (KCDC) Mərkəzi açıqlama yayıb. Koreya Universiteti Quro Xəstəxanasının Yoluxucu xəstəliklər üzrə mütəxəssisi kim Vu Co bunun sadəcə başlanğıc olduğunu bildirib: “İkinci dəfə yoluxanların sayı artacaq”. Bəzi mütəxəssislər isə koronavirus testlərinin qüsurlu olduğundan şübhələnir. Qeyd edək ki, daha əvvəl də Cənubi Koreyada 51 nəfərdə təkrar yoluxma faktı aşkarlanmış və virusun insan bədənində gizləndiyi, bir müddət sonra yenidən aktivləşdiyi iddia edilmişdi.
