İranda koronavirusa yoluxanların sayı 70 mini keçdi

İranda son 24 saat ərzində 1837 nəfər yoluxub. Beləliklə ümumi yoluxanların sayı 70 029 nəfər olub.
ONN media xəbər verir ki, bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur verib.
Onun sözlərinə görə, 24 saat ərzində 125 nəfər ölüb, beləliklə həyatını itirənlərin sayı 4357 nəfərə yüksəlib.
Bundan əlavə, 41947 nəfər sağalıb.