Məktəblər tədris ilinin sonuna qədər dayandırıldı

ABŞ-ın Nyu York şəhərində məktəblər koronavirus səbəbiylə tədris ilinin sonuna qədər bağlı qalacaq.
ONN media xəbər verir ki, bu barədə şəhər meri Bill de Blazio mətbuat konfransında deyib.
"Nyu York məktəbləri tədris ilinin sonuna qədər bağlı qalacaq. Bu, asan bir qərar deyil", - mer bildirib.