Koronavirusla mübarizə aparan həkimlərə hücum etdilər - Hökumət ayağa qalxdı

Meksikada COVID-19-la mübarizə aparan həkimlərə hücumlar edilir. ONN media xəbər verir ki, hökumət kəndlilərin koronavirusla mübarizə aparan tibb işçilərinə hücumlarından narahatdır. Meksika rəsmiləri həkimlərə yönəlmiş qəzəb hissinin yolverilməz olduğunu vurğulayıblar: "Tibb işçilərinin hücuma məruz qalması bizi narahat edir". Səhiyyə nazirinin müavini Uqo Lopes-Hatel mətbuat konfransı zamanı bildirib ki, epidemiyanın üçüncü mərhələsində həkimlər virusun yayılmasının qarşısını almaqda əsas rol oynayacaqlar: "Həkimlərə qarşı aqressiya ictimai yerlərdə və nəqliyyatda baş verib". Meksikada koronavirusa 4219 yoluxma fatı qeydə alınıb. 273 nəfər ölüb, 21 277 analizin nəticəsi isə neqativ çıxıb.(publika.az)