Şəmkirdə DƏHŞƏTLİ OLAY - Ölənlər arasında məktəb direktoru var...

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media bildirir ki, hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Niva" ilə ağır tonajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.