Rusiya ilə bağlı Putindən ŞOK ETİRAF

Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır. ONN media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı koronavirus pandemiyasının ölkədəki şirkətlər üçün “şok effekti” yaratdığını bildirib: “Ancaq bunun hökumət üçün bənzər effekti yaratmaması lazımdır. Rusiyadakı pərakəndə ticarət aprel ayında 35% azalıb. Bu da eyni zamanda bazarın nə qədər sürətlə kiçildiyini göstərir. Amma bizim böhrana qarşı lazımi vasitələrimiz və ehtiyatlarımız mövcuddur. Bu qaynaqlardan ən effektiv şəkildə istifadə etmək vacibdir”. Mütəxəssislərin fikrincə, ötən il 1,3% böyüyən Rusiya iqtisadiyyatı bu il 5% kiçiləcək.