Hasar aşdı, ev qazsız qaldı - Güclü küləyin fəsadları
Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb. “Azəriqaz” İstehsalat Birliyindən ONN media-ya verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır. Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.
