Əhalinin karantin rejiminə əməl etməsi sevindirici haldır - Ramin Bayramlı

Karantin rejiminin əsas məqsədi epidemiyanın yayılmasının qarşısını almaq idi. İlk vəzifəmiz virus daşıyıcılarının aşkarlanması idi. ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib: "Virusa yoluxan xəstələrin aşkar edilib müalicə olunması əsas vəzifəmiz idi. Əhalinin karantin rejiminə əməl etməsi sevindirici hal oldu. Birinci vitse-prezidentin əhaliyə müraciəti, "Yeni klinika"nın ağır xəstələrin müalicəsi üçün istifadəyə verilməsi çox mühüm əhəmiyyət kəsb etdi. İnsanlara bu qaydalara əməl etdiyi üçün təşəkkür edirəm".