Ağsuda 5 yaşlı uşaq FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Cəfərli kəndində baş verib. Kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan uşaq orada dünyasını dəyişib. Ağsu RPŞ tərəfindən araşdırma aparılır.