ÜST-dən koronavirusla bağlı Azərbaycana çağırış- Əgər bunu etməsə...

ÜST-dən koronavirusla bağlı Azərbaycana çağırış- Əgər bunu etməsə...

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə yerləşən mənzil qərargahında dünyanın 100-ə yaxın ölkəsindən olan jurnalistlərin qatıldığı videokonfrans keçirilib.

ONN media xəbər verir ki, təşkilatın icraçı direktoru Maykl Rayan, eləcə də sədr Teodros Adanom Gebreyesus REAL TV-nin sualını cavablandırıb.

Təşkilatın icraçı direktoru Maykl Rayan bildirib ki, Azərbaycanda koronavirusla bağlı rəqəmlər kifayət qədər aşağıdır.

Bildirilib ki, dünya ölkələri üzrə yoluxmalar 80%-ə qədər artıb: "Azərbaycandakı son rəqəmlər müsbət halın olduğunu göstərir. Azərbaycan ehtiyat tədbirlərini davam etdirməlidir. Əhali bu ehtiyat tədbirlərinə əməl etməlidir. Bu edilməsə, stabillik pozula bilər".

Geri qayıt