Azərbaycanda iki müxalifət partiyası rəsmi qeydə alındı

Azərbaycanda iki müxalifət partiyası rəsmi qeydə alındı


Ədliyyə Nazirliyi Azərbaycanda daha iki müxalifət partiyasını rəsmi qeydə alıb.

ONN media xəbər verir ki, bunlardan biri Milli Təhlükəsizlik nazirinin sabiq müavini olmuş Sülhəddin Əkbərin lideri olduğu Azad Demokratlar Partiyası (AzDP)  partiyasıdır. Rəsmi qeydiyyata alının digər siyasi partiyalardan biri də Yeni Zaman Partiyasıdır. Partiyanın sədri “Yeni zaman” qəzetinin təsisçisi Musa Ağayevdir. Qeydiyyata alınma ilə əlaqədar olaraq Ədliyyə Nazirliyinin şəhadətnaməsi hər iki partiyaya təqdim edilib. Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56-ya çatdı.(ölkə.az)
Geri qayıt