Qazaxda bədbəxt hadisə: 39 yaşlı kişi...

Qazaxda bədbəxt hadisə: 39 yaşlı kişi...

Qazax rayonunda bədbəxt hadisə baş verib.

ONN media xəbər verir ki hadisə rayonun Bala Cəfərli kəndində yerləşən göldə qeydə alınıb.

Belə ki, rayonun Xınalıqlar kənd sakini 1981-ci il təvəllüdlü Ömərov Mübariz Yaqub oğlu göldə boğulub.

M.Ömərovun gölə hansı səbəbdən düşdüyü hələ ki bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Geri qayıt