Tibbi maskaların arasından elə birşey çıxdı ki...

Tibbi maskaların arasından elə birşey çıxdı ki...

Böyük Britaniya polisi tibbi maskalar arasında ölkəyə külli miqdarda kokain gətirməyə çalışan əcnəbini saxlayıb.

ONN media xəbər verir ki, Fransadan La-Manş tuneli vasitəsiylə krallığa hərəkət edən Polşa vətəndaşı idarə etdiyi yük maşınında sadəcə 1 milyon tibbi maska olduğunu iddia edib. Lakin yük maşınında aparılan axtarışlar zamanı tibbi maskaların arasında 1 milyon funt sterlinq dəyərində kokain də aşkar edilib. Cinayətkar həbs edilib.

Məlumata görə, tibbi maskaların istifadəyə yararlı olduğu təsdiq edilsə, ləvazimatlar səhiyyə mərkəzlərinə təhvil veriləcək.

Geri qayıt