Rusiyada təyyarə qəzası oldu- Ölənlər var

Rusiyanın Xabarovsk şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
ONN media xəbər verir ki, hadisə zamanı göyərtədə 3 nəfər olub və onların hamısı həyatını itirib. Yerli mənbələrin məlumatına görə, təlim uçuşu üçün havaya qalxan layner, bir neçə dəqiqə sonra yerə çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.