ŞOK: Həbsxanada 44 məhbusun meyiti tapıldı
Afrikanın mərkəzində yerləşən Çad Respublikasında tadikal terrorçu təşkilat olan “Boko Haram” qruplaşmasının üzvü olan və bir müddət əvvəl həbs edilən 44 nəfər öldürülüb.
ONN media xəbər verir ki, məhbusların meyitləri saxlandıqları kameralarda aşkar edilib. Bildirilir ki, onların hamısı Çad gölü ərazisində keçirilən əməliyyatın gedişatında saxlanılan 58 silahlının bir hissəsidir.
Dustaqların hansı şəraitdə və hansı səbəbdən öldürülməsi hələlik məlum deyil.(publika)
