Yaponiyada 6 ballıq zəlzələ oldu

Yaponiyada 6 ballıq zəlzələ oldu

Yaponiyanın şimal-şərqindəki Miyaqi və İvate əyalətlərinin sahillərində 6,1 ballıq zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə Yaponiya Metrologiya Agentliyi məlumat yayıb.

Zəlzələnin episentrinin yerin 50 km dərinliyində olduğu bildirilib.

Dağıntı və tələfatla bağlı məlumat verilməyib. Zəlzələdən sonra sunami gözlənilmir.

Geri qayıt