Avropa ölkəsindən peyvənd AÇIQLAMASI: Bu tarixdən başlayacaq

Avropa ölkəsindən peyvənd AÇIQLAMASI: Bu tarixdən başlayacaq

Böyük Britaniya koronavirusa qarşı peyvəndi insanlar üzərində test etməyə hazırlaşır. ONN media xəbər verir ki, peyvənd yaşı 18-55 arası olan 510 insan üzərində sınaqdan keçiriləcək. Testlər may ayında başlayacaq. Bildirilir ki, "ChAdOx1" adlı peyvəndin məqsədi insanlarda koronavirusa qarşı immunitet sistemini gücləndirməkdir. Sınaqlarda gözlənilməz nəticə qeydə alınmasa testə cəlb ediləcək insanların sayı 5 minə çatdırılacaq. Qeyd edək ki, "ChAdOx1" meymunlar üzərində uğurla sınaqdan keçib.

Geri qayıt