Bu gənclərə yaşayış — SAHƏSİ VERİLƏCƏK

Aztəminatlə gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
ONN media xəbər verir ki, bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Məcəllənin digər maddəsinə əsasən uşaqların hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq sosial müdafiəyə ehtiyacı olan gənclərə aid olan uşaqlara Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi ayrılır. Məcəlləyə təklif olunan digər təklifə əsasən isə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri ayrılır. Bununla bağlı Məccəlləyə nəzərdə tutulan dəyişikliklər Milli Məclisə daxil olub. Məcəlləyə edilən təklif müzakirələrdən sonra qəbul ediləcək.