İŞİD-in yeni lideri bu ölkədə gizlənir

İŞİD-in yeni lideri bu ölkədə gizlənir

İŞİD terror qruplaşmasının yeni lideri Əbu İbrahim əl Qureyşi hazırda İraq ərazisində gizlənir. ONN media  xəbər verir ki, bu barədə İraqın “Əl-Sumaria” telekanalı məlumat yayıb.

Hazırda İraq və ABŞ xüsusi xidmət orqanları onun yerini müəyyənləşdirməyə çalışır. Kanala açıqlama verən mənbənin sözlərinə görə, İŞİD-in martın sonlarında terror hücumlarını həyata keçirməsi onu deməyə əsas verir ki, yeni rəhbərlik qruplaşmanın qalıqları ilə əlaqəni təmin etməyi bacarıb.(oxu.az)
Geri qayıt